“Fənərbağça”da ciddi itki

“Fənərbağça”da ciddi itki

Hazırda oxunan: “Fənərbağça”da ciddi itki

182147

Türkiyənin "Fənərbağça" klubunun heyətində ciddi itki baş verib. 

Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Çağlar Söyüncü sıradan çıxıb.

Türkiyə millisinin üzvü Avropa Konfrans Liqasının 1/8 final mərhələsinin "Yunion Sent-Jilluas"la ilk matçında (3:0) əzələsindən zədə alıb. 27 yaşlı mərkəz müdafiəçisi ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Fənərbağça" Çağlar Söyüncünü qış transfer pəncərəsi zamanı "Atletiko"dan icarəyə götürüb. Təcrübəli oyunçu komandanın heyətində 7 rəsmi matçda meydana çıxıb.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO