Monteneqronun Budva şəhərində gənc boksçular arasında ənənəvi Dünya Kuboku statuslu “Adriatik incisi” beynəlxalq turniri başa çatıb.
Azərbaycan Boks Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, milli komandamız yarışı 2 medalla başa vurub.
Yığmamızın heyətində Zidan Hümbətov Dünya Kubokuna yiyələnib. 51 kiloqramda mübarizə aparan boksçumuz finalda rusiyalı Arseniy Jiltsovu 3:2 (29:28, 30:27, 28:29, 28:29, 29:28) hesabı ilə məğlub edib və qızıl medala layiq görülüb.
Komandamızın heyətində Bilalhəbəşi Nəzərov (48 kiloqramda) isə finalda Tamta Briyeşlə (Hindistan) üz-üzə gəlib. Yığmamızın üzvü 2:3 (29:28, 30:27, 29:28, 28:29, 28:29) hesabı ilə məğlub olduğundan gümüş medal qazanıb.
Qeyd edək ki, yarışda 22 ölkədən 245 boksçu mübarizə aparıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
13:21 / 11.03.2024
Azərbaycan boksçusu Dünya Kubokunun qalibi oldu
Hazırda oxunan: Azərbaycan boksçusu Dünya Kubokunun qalibi oldu
Hazırda oxunan: Azərbaycan boksçusu Dünya Kubokunun qalibi oldu
182039
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.