Azərbaycan Kubokunda B qrupunun iki matçı baş tutub.
Bizim.Media xəbər verir ki, "Gəncə" "NTD-İndiqo"ya uduzub. Xaçmaz təmsilçisi rəqibini 98:75 məğlub edib. Bununla da, "NTD-İndiqo" növbəti mərhələyə adlayıb. Azərbaycan çempionu "Sabah" isə "Sərhədçi" ilə üz-üzə gəlib.
Bu görüşdə "Sərhədçi" 87:82 hesablı qələbə qazanıb. Belə ki, onlar qrupdan çıxmaq üçün şans əldə ediblər.
Son turda "NTD-İndiqo" "Sabah"a qalib gələrsə, "Sərhədçi" yarımfinala adlayacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media