“Xəzri”nin baş məşqçisi: “Azərbaycan kubokunu qazana bilərik”

“Xəzri”nin baş məşqçisi: “Azərbaycan kubokunu qazana bilərik”

Hazırda oxunan: “Xəzri”nin baş məşqçisi: “Azərbaycan kubokunu qazana bilərik”

181813

“Xəzri”nin baş məşqçisi Murat Dikmen basketbol üzrə Azərbaycan Kubokunda “Xırdalan”a 75:64 hesabı ilə qalib gəldikləri A qrupunun oyunu barədə danışıb. 

Bizim.Media xəbər verir ki, mütəxəssis çempionatda da lider olduqlarını xatırladıb:

“Kubokda yarımfinala çıxmışıq, bunların heç biri təsadüf deyil. 

Hamısını çox və doğru çalışaraq etmişik. Bütün rəhbərliyi, menecerləri, oyunçularımı, köməkçilərimi, azarkeşlərimizi təbrik edirəm. Bunu onlara hədiyyə edirik. Ümidvaram ki, kuboku qazanıb onlara daha dəyərli hədiyyə verərik. 
“Neftçi” ilə oyundan sonra yarımfinalda hansı komanda ilə oynayacağımız bəlli olacaq. Finala çıxaraq titulu qazana bilərik. Oranı da ayrıca düşünəcəyik”.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO