Cüdoçumuz qran-pri turnirinin ¼ finalına çıxdı

Cüdoçumuz qran-pri turnirinin ¼ finalına çıxdı

Hazırda oxunan: Cüdoçumuz qran-pri turnirinin ¼ finalına çıxdı

181741

Avstriyanın Lints şəhərində keçirilən cüdo üzrə Qran-priyə start verilib. 

Bizim.Media xəbər verir ki, ilk yarış günündə Azərbaycan millisinin iki idmançısı tatamiyə çıxıb.

Qadın cüdoçularımız 52 kq çəkidə mübarizəyə qoşulublar. Hər iki cüdoçumuz ikinci mərhələdən mübarizəyə start verib. Gültac Məmmədəliyeva Camila Silvaya (Kabo-Verde) uduzaraq yarışla vidalaşıb. Aydan Vəliyeva öncə israilli Rut Lavi, ardınca ABŞ təmsilçisi Ancelika Delqadonu məğlub edib. O, 1/4 finalda braziliyalı Cessika Pereyra ilə qarşılaşacaq. 

Qeyd edək ki, yığmamız turnirə 5 cüdoçu ilə yollanıb.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO