Misli Premyer Liqasının 26-cı turunda “Kəpəz”lə matçdan əvvəl “Neftçi”nin zədəli futbolçularının son durumu açıqlanıb.
Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, fərdi hazırlıq keçən yarımmüdafiəçi Azər Əliyevin növbəti həftədən komanda ilə məşqləri bərpa edəcəyi planlaşdırılır.
Qapıçı Emil Balayev, həmçinin Fələstin millisində zədələnən yarımmüdafiəçi Ataa Caber bərpa və müalicə prosesini davam etdirirlər.
Martın 9-da keçiriləcək “Kəpəz” – “Neftçi” görüşü saat 15:00-da başlayacaq.
Rəşad Rafioğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
20:29 / 08.03.2024
“Neftçi” “Kəpəz”lə oyuna itkilərlə çıxacaq
Hazırda oxunan: “Neftçi” “Kəpəz”lə oyuna itkilərlə çıxacaq
Hazırda oxunan: “Neftçi” “Kəpəz”lə oyuna itkilərlə çıxacaq
181730
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.