Qranit Caka:

Qranit Caka: "Qarabağ" bizə qarşı möhtəşəm mübarizə apardı”

Hazırda oxunan: Qranit Caka: "Qarabağ" bizə qarşı möhtəşəm mübarizə apardı”

181704

"Çox dramatik oyun keçdi".

Bizim.Media xəbər verir ki, bu sözləri “azərtac”a açıqlamasında Almaniyanın "Bayer" komandasının futbolçusu Qranit Caka UEFA Avropa Liqasının 1/8 final mərhələsində Bakıda "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri oyun barədə danışarkən deyib.

32 yaşlı yarımmüdafiəçi "Qarabağ"ın bu matçda möhtəşəm mübarizə apardığını bildirib: 

"Rəqib ilk hissədə çox yaxşı təzyiq göstərdi və bunun qarşılığında iki qol vurmağı bacardı. İkinci yarıda oyunun taleyini dəyişdirməliydik. Ən vacibi matça köklənməyimiz idi. Oyun ərzində buna nail ola bilməsək də, geri dönüş etməyi bacardıq. İndi Almaniyadakı görüşə ciddi hazırlaşmalıyıq. Məqsəd turnirdə daha da irəli getməkdir".

İsveçrə millisinin üzvü Tofiq Bəhramov adına Respublika Stadionunun tribunalarını dolduran azarkeşlərə də təşəkkür edib: 

"Möhtəşəm atmosfer var idi. "Qarabağ"la bu arenada ikinci dəfədir qarşılaşırıq, ancaq bu matçdakı azarkeş dəstəyi tam başqa idi. Hər şey fantastik idi".
Qeyd edək ki, "Qarabağ" "Bayer"lə cavab qarşılaşmasını martın 14-də Leverkuzendə keçirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO