Bakıda "Qarabağ" və Almaniyanın "Bayer 04" komandaları arasında keçirilən qarşılaşmanın ikinci hissəsində növbəti qol vurulub.
Bizim.Media xəbər verir ki, rəqib komanda ard-arda 2 qolla hesabı bərabərləşdirib.
MÖVZU İLƏ BAĞLI:
"Qarabağ" "Bayer"lə oyuna bu heyətlə çıxır - SİYAHI
Belə ki, oyunun 70-ci dəqiqəsində Florian Virtz ferqi azaldıb, 90+2 dəqiqədə isə Patrik Şik hesabı bərabərləşdirib.
Beləliklə, UEFA Avropa Liqasında 1/8 finalın ilk oyunu heç-heçə nəticələnib.
7 mart
UEFA Avropa Liqası
1/8 finalın ilk oyunu
21:45. "Qarabağ" (Azərbaycan) - "Bayer" (Almaniya) - 2:2
Qol: Yassin Benzia, 26 (1:0), Juninyo, 45+2 (2:0), Florian Virtz, 70 (2:1), Patrik Şik, 90+2 (2:2)
Hakimlər: Benoit Bastian, Hiçam Zakrani, Aurelien Bertomieu (Fransa)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Bizim.Media