Azərbaycan boksçusu Tayfur Əliyev İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başlayıb.
Bizim.Media xəbər verir ki, 63,5 kq çəkidə rinqə çıxan Avropa Oyunlarının mükafatçısı 1/32 final çərçivəsində Matias Amaya Lusianonu (Argentina) mübarizədən kənarlaşdırıb.
Əliyev rəqibinə 3:2 (29:28, 28:29, 30:27, 30:27, 28:29) hesabı ilə qalib gəlib. Boksçumuz növbəti döyüşündə yaponiyalı Şion Nişiyama ilə döyüşəcək. Görüş martın 7-də olacaq. Əliyevədək Nicat Hüseynov (51 kq), Ümid Rüstəmov (57 kq) və Zeynəb Rəhimova (54 kq) da 1/16 finala yüksəlib.
Qeyd edək ki, yığmamız yarışa 9 boksçu ilə yollanıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
![Daha bir boksçumuz lisenziya turnirində mərhələ ADLADI Daha bir boksçumuz lisenziya turnirində mərhələ ADLADI](https://bizim.media/file/articles/2024/03/06/1709720312_photo_5422420168983832214_y.jpg)
- A-
- A
- A+
İdman
14:50 / 06.03.2024
Daha bir boksçumuz lisenziya turnirində mərhələ ADLADI
Hazırda oxunan: Daha bir boksçumuz lisenziya turnirində mərhələ ADLADI
Hazırda oxunan: Daha bir boksçumuz lisenziya turnirində mərhələ ADLADI
181360
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.