“Qalatasaray”ın legioneri komandadan qovuldu

Hazırda oxunan: “Qalatasaray”ın legioneri komandadan qovuldu

181116

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Serjio Oliveyranı əsas komandadan qovub. 

Bizim.Media xəbər verir ki, buna səbəb portuqaliyalı yarımmüdafiəçinin intizamsızlığı olub. Bu barədə yerli mətbuat məlumat yayıb.

Oliveyra Türkiyə Kubokunun "Fatih Karagümrük"lə matçından (0:2) sonra paltardəyişmə otağında baş məşqçi ilə mübahisə edib. Okan Burukun qərarı ilə futbolçu əsas komandadan uzaqlaşdırılıb. O, məşqlərdə iştirak etmir. Təcrübəli orta xətt oyunçusu ilə bağlı yekun qərarı klub rəhbərliyi verəcək.
Qeyd edək ki, "Qalatasaray" Serjio Oliveyranı 2022-ci ilin yayında "Portu"dan transfer edib. 31 yaşlı yarımmüdafiəçi bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 23 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO