UEFA Çempionlar Liqasının formatını dəyişdi

Hazırda oxunan: UEFA Çempionlar Liqasının formatını dəyişdi

181099

UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün reqlamentində müəyyən dəyişikliklər edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə qitə futbol qurumu məlumat yayıb. 

Belə ki, növbəti mövsümdən UEFA reytinqində ilk 2 yerdə qərarlaşan ölkələrin çempionatını 5-ci pillədə başa vuran 2 komanda Çempionlar Liqasında oynamaq imkanı əldə edəcək.
Hazırda klub reytinqində ilk 2 yerin sahibi İtaliya və Almaniyadır. Cari gedişata əsasən 5-ci yerin sahibi İtaliya çempionatında “Roma”, Almaniya çempionatında “Leypsiq” klubudur. Bu komandalar “European Performance Spots” (Avropa göstərici dəyəri) adlanan siyahıda yer alacaq. 

Ümumilikdə 36 klubun iştirak edəcəyi növbəti mövsümdən turnir qrup formatında deyil, liqa formatında təşkil olunacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO