Türkiyə klubu Nəriman Axundzadə ilə MARAQLANIR 

Hazırda oxunan: Türkiyə klubu Nəriman Axundzadə ilə MARAQLANIR 

181051

“Qarabağ”ın gənc futbolçusu Nəriman Axundzadə karyerasını Türkiyədə davam etdirə bilər. 

Bizim.Media xəbər verir ki, qardaş ölkənin “Başakşehir” klubu hücumçunu transfer etmək istəyir. 

Hazırda klubun skautları 19 yaşlı futbolçunun oyununu yaxından izləyirlər. Əgər o, mövsümün sonuna qədər özünü yenə də yaxşı tərəfdən göstərsə, “Başakşehir” keçidlə bağlı “Qarabağ”la danışıqlara başlayacaq.
Qeyd edək ki, “Braqa” ilə Bakıdakı oyunda “Qarabağ”ın mərhələ keçməsi üçün vacib qol vuran Nəriman Axundzadənin Ağdam klubu ilə müqaviləsi cari mövsümün sonunda başa çatır.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO