Cüdo millimiz Avropa Kubokunda birinci yeri tutdu - FOTO

Hazırda oxunan: Cüdo millimiz Avropa Kubokunda birinci yeri tutdu - FOTO

180954

Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku yekunlaşıb.

Bizim.Media xəbər verir ki, Azərbaycan yığması turniri 4 qızıl, 5 gümüş və 7 bürünc medalla başa vurub.

Bununla da milli komanda yarışda medal əyarına görə ümumi hesabda birinci, qızlar və oğlanlar arasında isə ikinci yeri tutub.

Turnirin ilk günündə cüdoçularımız 4 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıblar.

İkinci gündə isə oğlanlar arasında 81 kiloqram çəkidə Mehdi Abbasov və +90 kiloqramda Sübhan Axundov gümüş medal əldə edib. Qızlar arasında isə 57 kiloqramda Aytən Verdiyeva gümüş, Nilgün Rzayeva bürünc mükafatın sahibi olub.

Qeyd edək ki, Azərbaycan Avropa Kubokunda 57 idmançı ilə təmsil olunub.




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO