Millimiz səfərdə Litva ilə qarşılaşacaq

Millimiz səfərdə Litva ilə qarşılaşacaq

Hazırda oxunan: Millimiz səfərdə Litva ilə qarşılaşacaq

180899

Bu gün qadın həndbolçulardan ibarət Azərbaycan millisi 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin 5-ci qrupunda dördüncü oyununa çıxacaq. 

Bizim.Media xəbər verir ki, millimiz Vilnusda Litva ilə qarşılaşacaq. Görüşə Bakı vaxtı ilə saat 17:00-da start veriləcək. 

Bundan əvvəl Azərbaycan öz meydanında Litvanı məğlub edib (35:33), Şimali Makedoniyaya səfərdə (17:40), evdə İspaniyaya (18:38) uduzub. 
5-ci qrupda komandaların mövqeyi belədir: İspaniya – 6 xal, Şimali Makedoniya – 4, Azərbaycan – 2, Litva – 0

Millimiz növbəti oyununu aprelin 3-də Bakıda Şimali Makedoniya yığmasına qarşı keçirəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO