Boksçularımızın Olimpiya təsnifat turnirindəki ilk rəqibləri bəlli oldu

Hazırda oxunan: Boksçularımızın Olimpiya təsnifat turnirindəki ilk rəqibləri bəlli oldu

180889

İtaliyanın Busto Arsizio şəhərində keçiriləcək boks üzrə I Dünya Olimpiya Təsnifat Turnirinin püşkü atılıb. 

Bizim.Media xəbər verir ki, püşkə əsasən Azərbaycan millisinin idmançılarının da ilk rəqibləri bəlli olub.

Bu gün start götürəcək yarışın birinci günündə yığmamızın heyətində Nicat Hüseynov (51 kq) mübarizəyə qoşulacaq. İkiqat Avropa çempionumuz Deepak Deepakı (Hindistan) sınağa çəkəcək.
Martın 12-dək “E-Work Arena”da təşkil olunacaq yarışda 113 ölkədən 602 boksçu Paris-2024 Yay Olimpiya Oyunlarına 49 (28 kişi, 21 qadın) lisenziya uğrunda gücünü yoxlayacaq. Kişi idmançılarda 7, qadınlarda 4 çəki dərəcəsində yarımfinalçılar Fransa paytaxtına vəsiqə əldə edəcək. Qadın boksçularda 57 kq-da finalçılar, 60 kq-da isə ilk 3 yerin sahibi Olimpiadada iştirakını rəsmiləşdirəcək.

I Dünya Olimpiya Təsnifat Turniri

1/32 final

3 mart

Nicat Hüseynov (51 kq) – Deepak Deepak (Hindistan)

4 mart

Ümid Rüstəmov (57 kq) – Navvaf Alzahmi (BƏƏ)
Zeynəb Rəhimova (54 kq) – Fatma Zohra Hadjala (Əlcəzair)

5 mart

Tayfur Əliyev (63,5 kq) – Matias Amaya Lusiano (Argentina)
Sərxan Əliyev (71 kq) – Elabidine Amrouq Zine (Mərakeş)

6 mart

Alfonso Dominqes (92 kq) – Yan Zak (İsrail)
Şəhla Allahverdiyeva (66 kq) – Nqoc Mai Hoanq (Vyetnam)
1/16 final

7 mart

Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq) – Preedakamon Tintabthhai (Tailand)

8 mart

Marjona Savriyeva (50 kq) – Meylin Çala Susan (Ekvador)

Qeyd edək ki, yığmamızın heyətində artıq Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) Paris-2024-ə lisenziya qazanıblar.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO