Şahmatçılarımız Gürcüstan millisi ilə heç-heçə etdi - FOTO

Hazırda oxunan: Şahmatçılarımız Gürcüstan millisi ilə heç-heçə etdi - FOTO

180888

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanda yerli komandayla yoldaşlıq görüşü keçirib.

Bizim.Media xəbər verir ki, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət yığma 5-ci turda da bərabərə qalıb.

Hesabat turunda üç şahmatçımız ağlarla, iki şahmatçımız isə qara fiqurlarla çıxış edib. Görüşün üç partiyası heç-heçə başa çatıb. Azərbaycan millisində Günay Məmmədzadə 5-ci turda qələbə qazanıb, Ülviyyə Fətəliyeva məğlub olub. Yoldaşlıq görüşündə son tur 2,5-2,5 hesablı nəticəylə yekunlaşıb.

Reqlamentə əsasən şahmatçılar 5 tur çərçivəsində bir-biriylə mübarizə aparıb. Yekunda ümumi xal toplanaraq yoldaşlıq görüşündə 12,5-12,5 hesablı heç-heçə qeydə alınıb. 

Tbilisidə keçirilən yoldaşlıq görüşünün müxtəlif turlarında qonaq olan Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nın vitse-prezidenti Mahir Məmmədov, Gürsüstan Şahmat Federasiyasının prezidenti Akaki İaşvili və Avropa Şahmat İttifaqının rəhbəri Zurab Azmayparaşvili şahmatçılara uğurlar arzu edib, belə qarşılaşmaların şahmatçıların yüksək oyun formasını qorumasına kömək etdiyini bildirib. 
Qeyd edək ki, Gürcüstan millisi Ümumdünya Şahmat Olimpiadasının dördqat qalibidir. Qonşu ölkənin qadın şahmatçılardan ibarət seçməsi milli komandalar arasında dünya və Avropa çempionatının qızıl medalçısıdır. Yoldaşlıq görüşündə iştirak edən Gürcüstan komandası 2433 orta reytinq xalına malikdir. Qadın şahmatçılardan ibarət Azərbaycan yığmasının orta reytinq xalı isə 2382-dir. 

Yoldaşlıq görüşü rəsmi xarakter daşıyır. Nəticələr FIDE reytinqinə hesablanır



Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO