2034-cü il olimpiadasını keçirmək istəyən şəhər MƏLUM OLDU 

2034-cü il olimpiadasını keçirmək istəyən şəhər MƏLUM OLDU 

Hazırda oxunan: 2034-cü il olimpiadasını keçirmək istəyən şəhər MƏLUM OLDU 

180638

Amerikanın Yuta ştatı Olimpiya Oyunlarını keçirmək üçün rəsmi olaraq ərizəsini təqdim edib. 

Bizim.Media xəbər verir ki, bu barədə ştatın qubernatoru Cey Koks məlumat verib. 

Yuta 2034-cü il Qış Olimpiya Oyunlarını qəbul etmək istəyir. Ərizə dünən axşam təqdim edilib.

Bundan dərhal sonra qubernator öz sosial şəbəkə hesabında məlumatı yayıb. Yuta ştatında olan Solt-Leyk Siti 2002-ci ildə də Qış Olimpiya Oyunlarına ev sahibliyi etmişdi. 
Əlavə edək ki, bu il keçiriləcək Yay Olipmiya Oyunlarını Paris qəbul edəcək. Növbəti Qış Olimpiadası isə İtaliyada baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO