Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.
Bizim.Media xəbər verir ki, Yüksək Liqada iki matç baş tutub. GİN-nin Voleybol Mərkəzində günün ilk qarşılaşmasında çempionatın lideri “Azərreyl” ilk “üçlük”də qərarlaşan “Abşeron”la görüşüb.
Qarşılaşma qonaq komandanın inamlı qələbəsi ilə yekunlaşıb. Rəqibinə 1 set belə verməyən "Abşeron" süprizə imza ataraq, liderlə aradakı xal fərqini azaldıb. Tura Gəncədə yekun vurulub.
Şəhərin eyniadlı komandası mükafatlara iddialı “Murov Az Terminal”lı məğıub edib. Bu görüşün favoriti hesab olunan qonaqlar set qazanmadan uduzublar. Bu məlubiyyət onları 3-cü pilləyə endirib.
Qeyd edək ki, turun digər oyunu dünən keçirilib.
28 fevral
Yüksək Liqa (qadınlar)
15:00. “Azərreyl” - “Abşeron” - 0:3 (16:25, 22:25, 24:26)
GİN-nin Voleybol Mərkəzi
17:00. “Gəncə” - “Murov Az Terminal” - 3:0 (25:10, 25:16, 25:23)
Gəncə OİK
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
00:59 / 29.02.2024
“Gəncə”dən sürpriz qələbə - “Azərreyl”dən gözlənilməz məğlubiyyət
Hazırda oxunan: “Gəncə”dən sürpriz qələbə - “Azərreyl”dən gözlənilməz məğlubiyyət
Hazırda oxunan: “Gəncə”dən sürpriz qələbə - “Azərreyl”dən gözlənilməz məğlubiyyət
180375
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.