2024-cü il Paris Olimpiadasının təhlükəsizlik planları oğurlandı

Hazırda oxunan: 2024-cü il Paris Olimpiadasının təhlükəsizlik planları oğurlandı

180249

Parisin Gare du Nord vağzalında qarşıdan gələn Olimpiya Oyunları zamanı təhlükəsizlik üçün içəriisndə polis planları olan kompüter və iki USB disk olan çanta qatardan oğurlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə “The Guradian” nəşri yazıb.

Polisin məlumatına görə, çanta Paris meriyasının mühəndisinə məxsus olub. Kişi çantanı oturacağının üstündəki baqaj bölməsinə qoyub. Qatarı gecikdiyi üçün digər qatara minmək qərarına gəlib. Elə həmin an oğurluq faktını aşkar edib.
Mühəndisin sözlərinə görə, onun kompüterində və iki fleş diskində məxfi məlumatlar, xüsusən də 2024-cü il Yay Olimpiya Oyunlarının təhlükəsizliyini təmin etmək üçün bələdiyyə polisinin planları olub.

Nəqliyyat polisi araşdırmalara başlayıb.

Xatırladaq ki, 2024-cü il iyulun 26-dan avqustun 11-dək baş tutacaq Olimpiya Oyunları zamanı 2 min bələdiyyə polisi və 35 minə yaxın təhlükəsizlik işçisi xidmətə cəlb olunacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO