Bu gün “Qəbələ” lider “Qarabağ”ı qəbul edəcək

Bu gün “Qəbələ” lider “Qarabağ”ı qəbul edəcək

Hazırda oxunan: Bu gün “Qəbələ” lider “Qarabağ”ı qəbul edəcək

180218

Azərbaycan Premyer Liqasında bu gün XXIII turdan təxirə salınan oyun keçiriləcək.

Bizim.Media xəbər verir ki, turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Qəbələ” lider “Qarabağ”ı qəbul edəcək.

Qəbələ şəhər stadionunda baş tutacaq matç “qırmızı-qaralar”ın yeni baş məşqçisi Kaxaber Sxadadzenin komandanın "sükanı arxasında" debüt oyunu olacaq. Baş hakim Tural Qurbanov saat 19:00-da oyunun start fitini səsləndirəcək.
Azərbaycan Premyer Liqası

XXIII turdan təxirə salınan oyun

28 fevral

19:00. “Qəbələ” – “Qarabağ”

Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev.

VAR: Rəşad Əhmədov.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Mübariz Hüseynov.

Qəbələ şəhər stadionu.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO