Türkiyə klubu baş məşqçini istefaya göndərdi

Hazırda oxunan: Türkiyə klubu baş məşqçini istefaya göndərdi

180208

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib. 

Bizim.Media xəbər verir ki, "Pendikspor" İvo Vieyra ilə yollarını ayırıb. Bu barədə yerli mətbuat məlumat yayıb. 

Portuqaliyalı məşqçi 2023-cü ilin oktyabr ayından "Pendikspor"u çalışdırırdı. İstanbul təmsilçisi Super Liqada 27 turdan sonra 26 xal toplayıb və turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.
"Pendikspor"un baş məşqçi postuna İbrahim Üzülməzi gətirəcəyi gözlənilir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO