"Məşqçi skamyası üçün darıxmağa başlayıram" - Zidan

Hazırda oxunan: "Məşqçi skamyası üçün darıxmağa başlayıram" - Zidan

180203

“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan gələcək karyerası ilə bağlı açıqlama verib.

Bizim.Media "Sky Sport"a istinadən xəbər verir ki, fransalı mütəxəssis yenidən İtaliyaya qayıtmaq ehtimalı ilə bağlı sualı cavablandırarkən deyib:

“Bir gün İtaliyaya qayıdışım mümkündür. Məşqçi skamyası üçün darıxmağa başlayıram. İndi başqa işlərlə məşğulam, amma yenidən futbolda ola biləcəyim istisna deyil”.
Qeyd edək ki, 2016-2018 və 2019-2021-ci illərdə “Real”ın baş məşqçisi olmuş Zidan 1996-2001-ci illərdə “Yuventus”da oynayıb. Onun rəhbərliyi altında "Real" 3 dəfə Çempionlar Liqasını qazanıb, həmçinin 2 dəfə La Liqa, 2 dəfə Avropa Superkuboku, 2 dəfə İspaniya Superkuboku və 2 dəfə Klublararası Dünya Çempionatının qalibi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO