Fevralın 27-də Fransanın Nitsa şəhərində Ümumdünya Antidopinq Agentliyinin (WADA) sosial elmi tədqiqatlar simpoziumu keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Elm şöbəsinin müdiri Rüfət Efəndiyev təmsil edib.
AMADA-dan Bizim.Media-ya bildirilib ki, WADA-nın təşkil etdiyi simpoziuma 50-yə yaxın ölkədən nümayəndə heyəti qatılıb.
Cote d'Azur Universitetində keçirilən və sessiyalar üzrə davam edən tədbirdə birgə əməkdaşlıq, beynəlxalq və müxtəlif idman növləri üzrə tədqiqatların aparılması, araşdırmalara idmançıların tərəfdaş kimi cəlb edilməsi və təmiz idman üçün gələcək tədqiqat prioritetlərinin müəyyən olunması kimi müasir mövzularda müzakirələr aparılıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
21:37 / 27.02.2024
Azərbaycan Ümumdünya Antidopinq Agentliyinin simpoziumunda təmsil olunub - FOTO
Hazırda oxunan: Azərbaycan Ümumdünya Antidopinq Agentliyinin simpoziumunda təmsil olunub - FOTO
Hazırda oxunan: Azərbaycan Ümumdünya Antidopinq Agentliyinin simpoziumunda təmsil olunub - FOTO
180183
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.