Ərəblərdən Avroliqa üçün 75 milyonluq TƏKLİF 

Hazırda oxunan: Ərəblərdən Avroliqa üçün 75 milyonluq TƏKLİF 

180108

Basketbol üzrə Avroliqa turnirinin İcraiyyə Komitəsi Əbu-Dabidən sərfəli təklif alıb. 

Bizim.Media xəbər verir ki, Dubayın liqaya daxil edilməsini müzakirə etmək üçün toplaşan komitəyə Birləşmiş Ərəb Əmirliklərinin layihəsi təqdim edilib. 

Layihənin məğzi 3 dəfə ardıcıl olaraq “Dördlər finalı”nın keçirilməsidir. BƏƏ-nin paytaxtında 2020-ci ildə tikilən “Etihad” arenası yarışı qəbul etmək istəyir. Bunun üçün onlar 75 milyon dollar ödəməyə hazırdırlar. 

Əbu-Dabi artıq gələn il “Dördlər finalı”nı qəbul etməyə hazır olduğunu bildirib. Məlumata görə, təklif Avroliqa iştirakçılarının xoşuna gəlib. Böyük ehtimalla bu təklif qəbul ediləcək. Belə olan halda Dubay komandasının liqaya daxil edilməsinin müzakirəsi bir qədər ertələnəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO