Boks Federasiyasına yeni vitse-prezident təyin olundu – FOTO 

Hazırda oxunan: Boks Federasiyasına yeni vitse-prezident təyin olundu – FOTO 

180089

Azərbaycan Boks Federasiyasının ümumi yığıncağı keçirilib. 

Bizim.Media xəbər verir ki, iclasda 2023-cü ilin yekunları, federasiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi tədbirləri, hakimlərin fəaliyyəti ilə bağlı hesabatlar dinlənilib.

Qeyd olunub ki, Azərbaycan boksçuları 2022-ci ildə rəsmi və beynəlxalq yarışlarda 30 qızıl medal qazanıbsa, ötən il 35 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yeniyetmə boksçularımızın uğurları da artıb. Onlar ötən il 7 beynəlxalq yarışda 60 mükafat qazanıb. Avropa birinciliyinə qatılan məktəbli boksçuların nailiyyətləri də əlavə olunmaqla, medal sayı 64 olub.

Beləliklə, boks üzrə yeniyetmələrdən ibarət yığma 2022-ci illə müqayisədə ötən il 3,3 dəfə çox medal əldə edib. Gənc boksçularımızın medal sayı isə 3,2 dəfə artaraq əvvəlki ilə nisbətən 16-dan 2023-cü ildə 51-ə yüksəlib.

Bu il 100 illik yubileyini qeyd edən Azərbaycan boksu üçün əsas hədəf “Olimpiya qızılına doğru” devizi ilə yollanacağı Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal əldə etməkdir.

Daha sonra ABF-in Nizamnaməsi yeni redaksiyada təsdiq edilib. Həmçinin səsvermə əsasında Vasif Sultan oğlu İsmayılov Federasiyanın yeni vitse-prezidenti seçilib. 1972-ci ildə doğulan V.İsmayılov iş adamı kimi və uzun illər diaspora sahəsində fəaliyyət göstərir.
İclasda boksumuzun yeni qələbələr əldə etməsi üçün görülən işlər və qarşıda duran hədəflər müzakirə olunub. 












Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO