"Borussiya" baş məşqçisini istefaya göndərə bilər

Hazırda oxunan: "Borussiya" baş məşqçisini istefaya göndərə bilər

180032

Dortmund "Borussiya"sının baş məşqçisi Edin Terziç tezliklə klubsuz qala bilər. 

Bizim.Media Almaniya mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi 41 yaşlı mütəxəssisin işini diqqətlə izləyir.

Rəhbərlik son oyunlardakı zəif nəticələrindən narahatdır ( bütün turnirlərdə son 14 matçda cəmi 4 qələbə -red).
Qeyd olunur ki, komandanın əsas məqsədi növbəti mövsümdə Çempionlar Liqasına vəsiqə qazanmaqdır. Qarşıdakı bir neçə matçda vəziyyət düzəlməzsə və klub müntəzəm qələbə qazanmağa başlamasa, o zaman "Borussiya" Terziçlə yollarını ayıracaq.

Almaniyalı mütəxəssis 23 may 2022-ci ildən "Borussiya"nı çalışdırır.

Dortmund təmsilçisi hazırda Almaniya çempionatının turnir cədvəlində 4-cü yerdədir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO