“Neftçi”nin baş məşqçisi: “Qarşımıza ikinci yeri tutmaq hədəfi qoyulub”

“Neftçi”nin baş məşqçisi: “Qarşımıza ikinci yeri tutmaq hədəfi qoyulub”

Hazırda oxunan: “Neftçi”nin baş məşqçisi: “Qarşımıza ikinci yeri tutmaq hədəfi qoyulub”

179725

"Azarkeşlər üçün çox maraqlı oyun oldu. Həm bizim, həm də rəqibin yaxşı epizodları var idi. İlk və ikinci hissənin əvvəlində daha yaxşı çıxış etdik. Qol vurduqdan sonra oyunumuzda problemlər yarandı.Rəqib təzyiq etməyə başladı və bir neçə qol epizodları oldu. "Turan Tovuz" qələbə qazana da bilərdi". 

Bizim.Media xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Premyer Liqanın 24-cü turunun “Turan Tovuz”la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. 

Monteneqrolu mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Əyalətdə ilk səfər matçınız idi. Təzyiqi nə dərəcədə hiss etdiniz?

- Azarkeşlər komandalarını çox gözəl dəstəkəyirdi, təbiət də gözəl idi.

- Rəqib son dəqiqələrdə sol cinahdan hücumlar qururdu. Bunun qarşısını almaq üçün niyə tədbir görmədiz?

- İstədiyimiz bütün əvəzetmələri etmişdik. Dəyişiklik limitimiz dolmuşdu.

- Mark Tamaşın oynamamasının səbəbi nə ilə bağlıdır?

- Onun oynadığı matçda "Sumqayıt"a uduzmuşqduq axı. Bundan sonra artıq dəyişiklik etdik. Məğlubiyyətin səbəbkarı o deyildi.

- Həmyerliniz Marko Yankoviç öz oyunu ilə adından söz etdirir. Gələcəkdə onu komandanızda görmək istəyərsiz?

- Azərbaycanda hər məşqçi elə oyunçunu komandasında görmək istəyər.

- "Neftçi" bu heyətlə hansı nəticəni göstərə bilər?

- Qarşımıza ikinci yeri tutmaq hədəfi qoyulub. Hər şey istədiyimiz kimi getsə, bu heyətlə hədəfə çata bilərik.

- Komandanın oyunundan razısız?

- Heç vaxt komandamın oyunundan razı olmuram. Düşünürəm ki, daha yaxşısını göstərə bilərik.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO