Avropa Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və Portuqaliyanın "Braqa" komandaları arasında keçirilən cavab oyununda ikinci qol vurulub.
Bizim.Media xəbər verir ki, matçın 83-cü dəqiqəsində qonaqların futbolçusu Alvaro Calo növbəti topu Ağdam təmsilçisinin qapısından keçirib.
Qeyd edək ki, matçın 70-ci dəqiqəsində rəqib komandadan Rocer Fernandes hesabı açıb.
UEFA Avropa Liqası
Pley-off mərhələsinin cavab oyunu
21:45. "Qarabağ" (Azərbaycan) - "Braqa" (Portuqaliya) - 0:2 (İkinci hissə)
Qol: Rojer Fernandes, 70, Alvaro Djalo, 83
Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 57 ("Qarabağ")
Baş hakim: Georgi Kabakov (Bolqarıstan)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 4:2
Bizim.Media