Futzal çempionatında fantastik hesab: “Neftçi” rəqibinə 36 qol vurdu

Hazırda oxunan: Futzal çempionatında fantastik hesab: “Neftçi” rəqibinə 36 qol vurdu

179440

Bu gün futzal üzrə Yüksək Liqada 13-cü turun oyunları keçirilib. 

Bizim.Media xəbər verir ki, tura liderlə ən yaxın izləyicisinin dueli ilə start verilib. 

“Baku Fire” ilə mərkəzi oyunda qalib gələn “Araz-Naxçıvan” ən yaxın izləyicisi ilə xal fərqini 7-yə çatdırıb. “Neftçi” isə cari mövsümdə ən böyükhesablı qələbəni aktivinə yazdırıb. 

Reza Abgoun 23 qol vurmaqla bombardirlər yarışında Kənan Manafovu geridə buraxıb. Turun son oyunu da maraqlı olub. 

Turnir cədvəlinin qonşu pillələrində yer alan komandaların duelini daha təcrübəli futzalçılardan qurulmuş “Yasamal Bakı” qazanıb.

Araz-Naxçıvan – Baku Fire 4:1

Qollar: Lukas Romao, 3:15, 22:30, Diaqo Auqusto, 30:28, Xəzər Ağalızadə, 39:23 – Elvin Quliyev, 6:59.

Hakimlər: Əli Cəbrayılov, Hikmət Qafarlı, Kənan Məlikov.

Hakim-inspektor: Elçin Səmədli.

Bakı İdman Sarayı. Saat 14:00.

Record – Neftçi İK 3:36

Qollar: Emin Məhərrəmli, 35:10, Nahid Mirzəzadə, 37:23, 38:15 – Şahbaz Həndəmli, 1:06, 15:34, 17:03, 22:15, Fərid Atakişiyev, 2:36, Alireza Bayat, 3:39, 28:07, Reza Abgoun, 6:03, 10:12, 11:17, 11:59, 13:05, 14:57, 16:29, 19:02, 19:17, 19:35, 19:48, 21:15, 26:05, 26:30, 27:17, 27:53, 28:50, 33:20, 34:10, 34:20, 35:53, 39:44, 39:59, Vahib Xocayev, 8:27, 20:33, 21:33, 36:58, Sorouş Heydari, 18:48

Hakimlər: Mahir Məmmədov, Vüsal Balaşov, Elgün Hüseynov.

Hakim-inspektor: Mehman Mahmudov.

Bakı İdman Sarayı. Saat 16:15.

U-19 – Yasamal Bakı 5:7

Qollar: Qüdrət Qasımzadə, 2:09, 15:25, Rüfət Məmmədli, 22:36, Ümid Qəhrəmanov, 38:27, Təhmiraz Abasov, 39:56-öz qapısına – Anar İsayev, 12:52, Rüstəm Bağırov, 17:08, 32:15, Əsgər Abasov, 17:57, 26:00, Fuad Məmmədzadə, 28:19, Adil İsmayılov, 37:48.

Hakimlər: Ziya Nəsirov, Nahid Xasıyev, Məmmədəli Kərimov

Hakim-inspektor: Əfqan Həmzəyev

Bakı İdman Sarayı. Saat 18:15

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO