Məşhur braziliyalı futbolçu “Survivor”a qatıldı - FOTO/VİDEO

Hazırda oxunan: Məşhur braziliyalı futbolçu “Survivor”a qatıldı - FOTO/VİDEO

179366

Dünya futbolunun ən tanınmış simalarından olan Ronaldinyo Türkiyənin “Survivor” yarışmasında iştirak edib.

Bizim.Media oxu.az saytına istinadən xəbər verir ki, Dominikan Respublikasında keçirilən və Acun İlıcalının aparıcılığını etdiyi “Survivor-2024 All Star”a qonaq qismində gələn Ronaldinyo ayaq voleybolunda bacarığını nümayiş etdirib.

Acun İlıcalı və keçmiş futbolçu Sercan Yıldırımla eyni meydançanı paylaşan braziliyalı ulduz sosial mediada gündəm olub.
Daha əvvəl iki dəfə FIFA-nın “Dünyada ilin futbolçusu” və “Qızıl Top” mükafatını qazanan Ronaldinyo türk iştirakçılarla görüşdən məmnun olduğunu deyib.

“Burada olmaqdan çox xoşbəxtəm. Hər zaman gələ bilərəm”, - deyə o qeyd edib.

Ronaldinyonun oyunda qazandığı xallar tamaşaçıları heyran qoyub.

Acun İlıcalı Ronaldinyo ilə bir neçə ildir görüşdüklərini bildirib.

“Keçən ay ofisimizə gəldi. Bir az söhbət etdik. Etdiyimiz işləri izləyir. Ona təklif etdim və “Survivorda ayaq voleybolu oynayaq, nə deyirsən?” dedim. Dərhal razılaşdı”, - deyə İlıcalı qeyd edib.
 

 




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO