Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib.
Bizim.Media xəbər verir ki, Yüksək Liqada bir matç baş tutub.
Günün yeganə qarşılaşması GİN-in Voleybol Mərkəzində təşkil olunub. Çempionatın lideri "Azərreyl" "Milli Aviasiya Akademiyası"nı sınağa çəkib. Oyun gözlənildiyi kimi, 3 set davam edib.
Daha güclü olan "dəmiryolçular" asanlıqla qələbə qazanıblar.
Qeyd edək ki, turun digər iki oyunu dünən keçirilib.
21 fevral
Yüksək Liqa (qadınlar)
18:00. "Milli Aviasiya Akademiyası" - "Azərreyl" - 0:3 (21:25, 10:25, 12:25)
GİN-in Voleybol Mərkəzi
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
00:57 / 22.02.2024
“Azərreyl”dən asan QƏLƏBƏ
Hazırda oxunan: “Azərreyl”dən asan QƏLƏBƏ
Hazırda oxunan: “Azərreyl”dən asan QƏLƏBƏ
179296
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.