“Neftçi” “Murov”la bacara bilmədi

“Neftçi” “Murov”la bacara bilmədi

Hazırda oxunan: “Neftçi” “Murov”la bacara bilmədi

179294

Kişi voleybolçular arasında Azərbaycan çempionatının növbəti oyunu keçirilib. 

Bizim.Media xəbər verir ki, Yüksək Liqada günün yeganə qarşılaşması GİN-in Voleybol Mərkəzində baş tutub.

“Murov Az Terminal” “Neftçi” ilə üz-üzə gəlib. Matç olduqca gərgin alınıb. İlk seti qazanan “Murov Az Terminal” ardınca çətinliklə də olsa, hissələrin fərqini 2-yə çatdırıb.

Ardınca "Neftçi" üstünlüyü ələ alıb. Məğlub olmaq istəməyən komanda 35:33 hesabı ilə qalib gəlib. 4-cü setdə isə “Murov Az Terminal” oyunun hesabını rəsmiləşdirib - 3:1. Onlar bununla da ikinci pilləni "ağ-qaralar"dan alıblar.
Qeyd edək ki, çempionatın növbəti oyunu sabah baş tutacaq.

21 fevral

Yüksək Liqa (kişilər)

15:00. “Murov Az Terminal” - “Neftçi” - 3:1 (25:21, 27:25, 33:35, 31:29)

GİN-in Voleybol Mərkəzi

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO