"Qarabağ" güclü komandadır. Bizim də məqsədimiz yaxşı oyunla növbəti mərhələyə adlamaqdır. Mümkünsüz heç nə yoxdur. Brumanın heyətə qayıtması komandamız üçün çox yaxşı oldu. O, keyfiyyətli futbolçudur. Həm qol vurmağı, həm də çox yaxşı ötürmə etməyi bacarır. Ümid edirəm ki, Bruma sabah mənə bir məhsuldar ötürmə verə biləcək”.
Bizim.Media xəbər verir ki, bunu Portuqaliyanın “Braqa” klubunun futbolçusu Simon Banza “Qarabağ”a qarşı Bakıda keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu ilə bağlı mətbuat konfransında bildirib.
“Rəhbərliyin komandadan qələbə tələb etməsini oyunçulara psixoloji təzyiq hesab edə bilərsiniz. Amma buna motivasiya kimi baxırıq".
Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq. Portuqaliyadakı ilk matçda “Qarabağ” 4:2 hesablı qələbə qazanıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
07:29 / 22.02.2024
“Braqa”nın futbolçusu: “"Qarabağ" güclü komandadır”
Hazırda oxunan: “Braqa”nın futbolçusu: “"Qarabağ" güclü komandadır”
Hazırda oxunan: “Braqa”nın futbolçusu: “"Qarabağ" güclü komandadır”
179293
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.