“Braqa”nın baş məşqçisi: “Əsas hədəfimiz “Qarabağ”ı keçməkdir”

“Braqa”nın baş məşqçisi: “Əsas hədəfimiz “Qarabağ”ı keçməkdir”

Hazırda oxunan: “Braqa”nın baş məşqçisi: “Əsas hədəfimiz “Qarabağ”ı keçməkdir”

179282

“Braqa”nın baş məşqçisi Artur Jorje UEFA Avropa Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” komandasına qarşı keçirdəcəkləri oyundan öncə mətbuat konfransı keçirib. 

Bizim.Media xəbər verir ki, ilk matçda 2:4 hesabı ilə uduzan Portuqaliya təmsilçisinin çalışdırıcısı bildirib ki, istənilən halda cavab oyununa böyük istəklə çıxacaqlar: 

“Vəziyyəti özümüzə uyğun dəyişməyə çalışacağıq”.

- Bu oyun sizin üçün çox böyük əhəmiyyət kəsb edir?

- ⁠Yox, bu qarşılaşma heç nəyi həll etmir. Komandamız yaxın zamanda Portuqaliya kubokunu qazandı. Biz mərhələ keçmədən də uğurumuzun davamını gətirə bilərik. Bütün oyunlarda qələbə əldə etmək iqtidarında deyilik. Mövsüm hələ bitməyib. Qələbə qazanmaq üçün zaman var. “Braqa”nın hər bir oyunçusu qalibiyyət üçün vuruşmalıdır. Amma bütün matçlarda bunu bacarmaq mümkünsüzdür.

- ⁠Sabah oyunu əlavə vaxta daşımaq üçün rəqibə iki top vurmaq lazımdır. Bu, “Braqa” üçün qeyri-mümkün deyil. Amma bunun üçün necə oynamaq lazımdır?

- ⁠Sizinlə tamamilə razıyam. Tələblər çoxdur. Onların meydanda zövq alması çox önəmlidir. Keçən matçdan sonra futbolçular soyunub-geyinmək otağında dedilər ki, bu, son deyil. Biz nəticəni dəyişə bilərik.

- ⁠Bütün planlar mərhələ adlamaq üçün planlanıb? Yoxsa minimal hesab fərqi ilə qalib olmaq sizin üçün yetərlidir?

- ⁠İlk növbədə qonaqpərvərliyiniz üşün çox sağ olun. Biz sabahkı matçda çox qalib gəlmək istəyirik. Komandamızı güclü rəqib gözləyir. Sabah əsas hədəfimiz mərhələni keçməkdir.

- ⁠”Qarabağ”a məğlub olmağınızın səbəbi bu matçdan öncə ölkə çempionatında “Sportinq”ə 0:5 hesablı məğlubiyyət idi, yoxsa Azərbaycan çempionunu ciddiyə almırdınız?

- ⁠Yox, birinci qolu buraxmağımız oyunun açar anı idi. Həmin oyunda “Qarabağ”ın bizi üstələməsi çox önəmli idi. Amma yarışın indiki mərhələsində hansısa rəqibi dəyərləndirməmək düzgün olmaz. Biz “Qarabağ”ı güclü rəqib kimi tanıyırıq. Heyətində də güclü futbolçular mövcuddur.

- ⁠”Qarabağ” səfərdəki oyunda taktiki olaraq da sizi məğlub etdi. Bakıdakı matçda üstün olmaq üçün hansı rotasiyalar etməyi düşünürsünüz?

- ⁠”Qarabağ” birinci oyunda üstün idi. Xüsusilə də ikinci hissədə müəyyən period oldu ki, orada komandam başını itirmişdi. Amma sabahkı matçda ilk saniyədən axıra kimi diqqətli olmalıyıq.

Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Braqa” matçı saat 21:45-də başlayacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO