“Abşeron” və “Murov”dan QƏLƏBƏ

“Abşeron” və “Murov”dan QƏLƏBƏ

Hazırda oxunan: “Abşeron” və “Murov”dan QƏLƏBƏ

179201

Bu gün qadın voleybolçuların Azərbaycan çempionatında növbəti oyunları keçirilib. 

Bizim.Media xəbər verir ki, baş tutacaq iki qarşılaşma eyni vaxtda başlayıb. 

UNEC-in idman zalında setə də həsrət qalan eyniadlı komanda “Murov Az Terminal”la görüşüb. Oyun autsayderin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. "Tələbələr" 3 setdə cəmi 25 xal qazana biliblər. 

Turnir cədvəlindəki qonşular “Abşeron”la “Gəncə” isə GİN-in Voleybol Mərkəzində qarşılaşıb. "Abşeron" voleybolçuları 3:1 hesabı ilə qələbə qazanıblar. Qeyd edək ki, turun “Milli Aviasiya Akademiyası” - “Azərreyl” matçı sabah təşkil olunacaq.

20 fevral

Yüksək Liqa (qadınlar)

18:00. “Murov Az Terminal” - UNEC - 3:0 (25:8, 25:5, 25:12)

UNEC-in idman zalı

18:00. “Abşeron” - “Gəncə” - 3:1 (25:17, 25:23, 23:25, 25:17)

GİN-in Voleybol Mərkəzi.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO