Məşhur boksçunu olimpiadaya buraxmadılar

Hazırda oxunan: Məşhur boksçunu olimpiadaya buraxmadılar

179101

8 çəki dərəcəsində keçmiş dünya çempionu Menni Pakyao Parisdəki Olimpiya Oyunlarında iştirak edə bilməyəcək. 

Bizim.Media xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsi Pakyaonun ümidlərini gözündə qoyub.

Səbəb boksçunun yaşıdır. 45 yaşı olan Pakyao həm də seçmə turnirlərdə iştirak etməyib.

“Heyf ki, boksun sevimli ikonasını yaşına görə kənarda qoyublar. Hər bir idmançı, yaşından asılı olmayaraq, Olimpya Oyunlarında iştirak etmək hüququna sahib olmalıdır”, – deyə Filippin Respublikasının Milli Olimpiya Komitəsinin rəhbəri Avraam Tolentin qeyd edib.
Xatırladaq ki, Yay Olimpiya oyunları bu ilin iyulunda başlanacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO