İranın paytaxtı Tehranda keçirilən Dünya Taekvondosunun Prezidentinin kubokunun son günündə Azərbaycan millisi daha bir medal qazanıb.
Bizim.Media xəbər verir ki, yığmanın heyətində G2 kateqoriyalı yarışda Səyyad Dadaşov fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
O, 58 kq çəkidə bürünc medala yiyələnib. Bununla da komandamız Dünya Taekvondosunun Prezidentinin kubokunu 3 medalla başa vurub. Daha öncə Taleh Süleymanov (87 kq) gümüş, Ələskər Əliyev (74 kq) isə turniri bürünc mükafat qazanıb.
Analoji yarış fevralın 20-da parataekvondoçular arasında keçiriləcək və Azərbaycan millisi də kubokda mübarizə aparacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
09:25 / 20.02.2024
Taekvondoçularımız İranda daha bir medal QAZANDI
Hazırda oxunan: Taekvondoçularımız İranda daha bir medal QAZANDI
Hazırda oxunan: Taekvondoçularımız İranda daha bir medal QAZANDI
178984
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.