Xaricilərin təhqirinə dözmədi, ilk futbol klubumuzu YARATDI – Mer Kampanla bağlı MARAQLI FAKTLAR

Hazırda oxunan: Xaricilərin təhqirinə dözmədi, ilk futbol klubumuzu YARATDI – Mer Kampanla bağlı MARAQLI FAKTLAR

178911

Azərbaycan futbolu “Qarabağ” və onun məşqçisi Qurban Qurbanovun sayəsində dünyada ilklərə imza atır. Qürur yerimiz olan bu komanda hazırda dünyanın ən yaxşı klubları ilə mübarizə aparır.

Bəs, Azərbaycanda ilk futbol klubu nə zaman və kim tərəfindən yaradılıb?

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı tarixçi alim Zaur Əliyev araşdırma aparıb.

Araşdırma zamanı maraqlı faktlar üzə çıxıb: 
 

MÖVZU İLƏ BAĞLI:

Tanınmış azərbaycanlı futbolçu sürücü işləməyə başladı - FOTO


“Bəzi sənədlərdə Azərbaycanda ilk rəsmi futbol oyunlarının 1905-ci ildə keçirildiyi qeyd olunub. Lakin bu oyunda azərbaycanlılar iştirak etməyiblər. Əsasən xarici neft şirkətlərinin əcnəbi işçiləri öz aralarında futbol yarışı keçiriblər. 

Azərbaycanlıların ilk rəsmi oyunu isə Balaxanı kəndində baş tutub. Bu oyunun keçirilməsi Mer Kampan kimi tanınan neft milyonçusu Əlibaxış Qədimovun sayəsində olub. Qardaşları ilə neft kampaniyası yaradan Əlibaxış Qədimov Balaxanı camaatı tərəfindən daha çox Mer Kampan adı ilə tanınıb. 

Mer Kampanın o dövrdə cəmi 2 neft buruğu və çoxsaylı neft quyuları olub. Əlibaxış Qədimovun əliaçıqlığı haqda bu gün də əfsanələr dolaşır.

Həmin dövrdə Nobel qardaşları kimi digər neft milyonçuları da şirkət yaratmaq istəyiblər. Bu məqsədlə bir araya gələn 6 iş adamı öz sıralarına daxil etmək üçün yeddinci biznesmeni axtarmağa başlayıblar. 

İngilislər Bakı kəndlərində tez-tez olurlarmış. Onlar Əlibaxış Qədimovla görüşüb onu öz sıralarına dəvət ediblər.

İlk öncə milyonçu buna razı olmayıb. Səbəb isə ingilislərin yerlilərə qarşı münasibəti olub. Hətta ingilislərin neft mədənində futbol oynayarkən azərbaycanları yaxın buraxmamaları Qədimovu ciddi narahat edib.

İngilislər təklif edirlər ki, Mer Kampan da özünə bir komanda yaratsın. Əgər azərbaycanlılar oynaya bilsələr, onda onlar futbola maraq göstərən istənilən yerli komandaya dəstək olacaqlar.

Razılşama əldə edilir Mer Kampan caamatı yığır və  futbol oynaya bilənlərin hərəsinə 10 qızıl pul verəcəyini deyir. 25 nəfər seçilir və oyun üçün Balaxanıda təcili futbol meydançasının tikintisinə başlanılır. Elə ilk futbol klubu kimi də “Balaxanı futbolçular dərnəyi” adlı komanda qeydiyyatdan keçir. 
1910-cu ildə ilk dəfə futbol oyunu Balaxanıda keçirilir. Oyun ingilislərin qələbəsi ilə yekunlaşsa da, bundan sonra Azərbaycanda futbol inkişaf etməyə başlayır. Mer Kampan da sözünü tutub oyunçulara qızıl pulla mükafat verir və hər ay onlar üçün aylıq maaş ayrırır. Sovetlər Azərbaycanı işğal edib onun var dövlətini əlindən alan günə qədər də klubun sponsoru və sahibi olur. 

Bir sözlə ölkəmizə azərbaycanlıların oynadığı ilk futbolu gətirən şəxs də Mer Kampan adı ilə tanınan Balaxanılı milyonçu Əlibaxış Qədimov olur. 

Bakıda ilk rəsmi çempionat 1911-ci ildə keçirilib. "Britaniya klubu" komandasının qələbəsi ilə nəticələnib. 1912-ci ildə isə Azərbaycan futbolçuları ilk beynəlxalq görüşlərini keçiriblər və Tiflisdə yerli "Sokol" komandasına 4:2 hesabı ilə qalib gəliblər.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO