Medal qazanan qadın güləşçilərimiz Vətənə qayıtdı

Medal qazanan qadın güləşçilərimiz Vətənə qayıtdı

Hazırda oxunan: Medal qazanan qadın güləşçilərimiz Vətənə qayıtdı

178716

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında 2 qızıl, 1 bürünc medal qazanan qadın güləşçilərdən ibarət Azərbaycan millisi Vətənə qayıdıb.

Bizim.Media xəbər verir ki, 83 xalla komanda hesabında 4-cü yeri tutan yığma üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Güləş Federasiyasının nümayəndələri, məşqçilər və idmançılar qarşılayıblar.

Qeyd edək ki, yarışda yalnız Ukrayna (147), Türkiyə (142) və Rumıniyadan (101) geri qalan Azərbaycan yığması medalların əyarına görə Avropa çempionatlarında son 8 ilin, xallara görə son 6 ilin, komanda sıralamasına görə isə son 5 ilin ən yaxşı nəticəsinə imza atıb.
Milli komanda qitə birinciliyində 10 çəkidən yalnız 5-də təmsil olunub. Mariya Stadnik (50 kiloqram) və Alyona Kolesnik (59 kiloqram) qızıl, Elis Manolova (65 kiloqram) isə bürünc medal qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO