Şahin Diniyev:

Şahin Diniyev: "Səbail" artıq qapazaltı komanda deyil"

Hazırda oxunan: Şahin Diniyev: "Səbail" artıq qapazaltı komanda deyil"

178676

"Maraqlı, dinamik, gərgin oyun oldu. Son dəqiqəyə qədər həm siz, həm biz, həm futbol adamları maraqla izlədi. İki komanda da qələbə qazan bilərdi. Geridəki turlara baxanda komandada irəliləyiş olduğunu deyə bilərik". 

Bizim.Media xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 23-cü turunda "Araz-Naxçıvan"la oyundan (2:2) sonra keçirilə mətbuat konfransında deyib.

"İkinci hissə daha yaxşı oynadıq. Fasiləyə qədər bir xal qazandıq, fasilədən sonra iki xal itirdik. Fərdi səhvlər məni məyus edir. Sevindirən isə futbolçuların meydanda bir komanda şəklində olması idi. Düşünürəm ki, düzgün yoldayıq, sabit heyəti tapa bilsək, yaxşı nəticələr qazanacağıq. İrəli baxmalıyıq, növbəti oyuna hazırlaşacağıq" - deyə o bildirib.

Mütəxəssis əksər oyunlarda "Səbail"in ikinci hissədə daha yaxşı performans göstərməsinin səbəbi ilə bağlı söyləyib:

"İki məqam var: funksional hazırlıq və psixoloji hazırlıq. Funksional hazırlığımız 90 yox, 180 dəqiqəyə də çatar. Sadəcə komandanın bir müddət uğursuzluğa məruz qalması uşaqlarda psixoloji problem yaradır, onlarda uduzmaq qorxusu olur. Düşünürəm ki, qələbələr artdıqca bu da arxaya keçəcək".

Onun sözlərinə görə, komanda keçmişə qayıdanda Premyer Liqada qalmaq uğrunda mübarizə aparanlardan idi:

"Artıq ortabab komandaya çevrilmişik. Mərhələ-mərhələ adlamalıyıq. Çempion olmaq, avrokuboklara getmək üçün uzun yol qət etmək lazımdır. 6 aydan bir çatışmazlıqları doldurmalıyıq. "Səbail" artıq qapazaltı komanda deyil. Düzdür, yerli oyunçu seçimlərimiz düzgün olmadı. Kimsə düşünür ki, bizim büdcəmiz çoxdur, düz deyil. Sponsordan şikayətlənmirik, istəmirik ki, hər şey anidən olsun. Bir mərhələni başlatmalıyıq. Yerli oyunçularda keyfiyyət çatışmazlığı var, reallıqdır. Amma onlar da bacardıqlarını edirlər. Azərbaycan futbolunu düşünməliyik. Yerli oyunçunun olması vacibdir. Bugünkü vəziyyət nə qədər çətin olsa da, ölkə futbolunu düşünməliyik. Yerli oyunçunu nəyəsə səbəb gətirmək düzgün olmazdı. Bu, düzgün deyil. Uşaqların keyfiyyətini daha da yaxşılaşdırmalıyıq".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO