“Sabah” “Kəpəz”i məğlub etdi

“Sabah” “Kəpəz”i məğlub etdi

Hazırda oxunan: “Sabah” “Kəpəz”i məğlub etdi

178668

Bu gün Misli Premyer Liqasında 23-cü tura start verilib.

Bizim.Media xəbər verir ki, ilk oyun gününün ilk görüşü Masazırda “Sabah”la “Kəpəz” arasında baş tutub. 

Bu oyunda meydan sahibləri əzmkar qələbəyə seviniblər. Günə “Səbail” – “Araz-Naxçıvan” matçı ilə yekun vurulacaq.

Bu turun “Sumqayıt” – “Turan Tovuz” və “Neftçi” – “Zirə” matçları sabah keçiriləcək. “Qəbələ” ilə “Qarabağ” arasındakı matç isə müəyyən səbəblərdən ayın 28-nə təxirə salınıb.

Misli Premyer Liqası

23-cü tur

17 fevral

“Sabah” – “Kəpəz” 3:2

Qollar: Kahim Parris, 38. Jesse Sekidika, 55. Kristian da Silva, 79 – Martins Junior, 6. Amil Yunanov, 84.

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı.

“Bank Respublika Arena”.

Sabah: 1. Yusif İmanov, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev, 15. Kristian da Silva, 14. İshak Belfodil, 7. Boyan Letiç, 44. Sofian Çakla, 70. Cesse Sekidika, 28. Kahim Parris.

Ehtiyat oyunçular: 75. Emil Həbibov, 76. Süleyman Həsənov, 10. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 6. Abdulax Xaybulayev, 40. Rauf Rüstəmli, 25. Hüseyn Məmmədzadə, 53. Fəxri Məmmədli, 24. Maruan Hadudi, 18. Davit Volkov, 19. Emmanuel Apeh, 3. Con İrasabal.

Məşqçi: Ruslan Qafitullin.

Kəpəz: 96. İqor Rodriqes, 29. Amil Yunanov, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 88. Şakir Seyidov, 91. Latir Fal, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior.

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev, 47. Ədilxan Qarəhmədov, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 26. Adama Niane.

Baş məşqçi: Adil Şükürov.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO