“Son illərin ən sürətli, dinamik futbol oynayan komandası ilə qarşılaşacağıq” - Qurban Qurbanov

“Son illərin ən sürətli, dinamik futbol oynayan komandası ilə qarşılaşacağıq” - Qurban Qurbanov

Hazırda oxunan: “Son illərin ən sürətli, dinamik futbol oynayan komandası ilə qarşılaşacağıq” - Qurban Qurbanov

178216

"Bizi çətin oyun gözləyir. Ciddi rəqibə qarşı oynayacağıq. Bugünkü hazırlığımız pis keçmədi. Son illərin ən sürətli, dinamik futbol oynayan komandası ilə qarşılaşacağıq. Futbolçularımın hazırlığı yaxşı səviyyədədir. İnanıram ki, sabah yaxşı mübarizə apara biləcəyik. İstəkliyik. Rəqibə böyük dəyər veririk. İnanırıq ki, bu komandaya qarşı yaxşı, maraqlı futbol oynamağı bacaracaqlar".

Bizim.Media xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində "Braqa" ilə ilk oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis ciddi rəqibə qarşı oynayacaqlarını söyləyib: "Bir komanda il boyu eyni səviyyədə ola bilməz. Çünki qarşısında daima onları təhlil edən komanda olur. Son oyunlarda bizim də problemlərimiz olub. 
Lakin o demək deyil ki, sabah bunlar təkrarlanacaq. Və ya "Braqa" tərəfdən. Heç nəyə aldanmalı deyilik, real olmalıyıq. "Braqa"nı necə tanıyırıq, onların hansı keyfiyyətləri varsa, düzgün yanaşmalıyıq. Arxayınlıq olsa, bizim üçün böyük problem ola bilər. Rəqibimiz istəklidir.

Statistikanı düşünmürük. Əsl "Braqa"nı fikirləşərək, meydana çıxmalıyıq".

Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab matçı fevralın 22-də Bakıda olacaq.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO