Avropa çempionu olan güləşçimiz növbəti hədəfi haqda DANIŞDI

Avropa çempionu olan güləşçimiz növbəti hədəfi haqda DANIŞDI

Hazırda oxunan: Avropa çempionu olan güləşçimiz növbəti hədəfi haqda DANIŞDI

178079

“Yarış həm mənim, həm komandam üçün əla keçdi”.

Bizim.Media xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov deyib.

63 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bildirib ki, yarışa tam hazırlaşa bilməsə də, qitə çempionu olmaq sevindiricidir:

“Ötən ay Xorvatiyadakı “Zaqreb Open” turnirində qolumdan zədə almışdım. Həkimlər əməliyyata girməyim üçün israr etdilər. Amma mən Avropa çempionatında güləşmək istədiyimi bildirdim və bundan imtina etdim. Dedim ki, yalnız yarışdan sonra əməliyyat oluna bilərəm. Nəhayət, zədəmi bir qədər sağaltdıqdan sonra yarışa qatıldım. Dörd görüş keçirdim. Mənim üçün bunlardan ən çətini yarımfinal və final qarşılaşmaları oldu. Sevinirəm ki, bütün rəqiblərimə qalib gəldim. Bu qələbəmi atama həsr edirəm”.

İdmançı gələcək hədəflərindən də bəhs edib:

“Ümid edirəm ki, dünya çempionatında da ölkəmi layiqincə təmsil edib qızıl medal qazanacağam. Digər hədəfim isə “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya əldə etmək və çempion olmaqdır. Əslində, 63 kiloqram qeyri-Olimpiya çəkisi hesab edilir. Amma bundan öncə 60 kiloqram çəkidə mübarizə aparırdım.

Çəkimi dəyişməyimə aparıcı güləşçilərimizdən olan Taleh Məmmədovun dizindən aldığı zədə səbəb oldu. Ona görə də müvəqqəti olaraq, bu çəkidə çıxış etməyə qərar verdim. Özümə inanıram və əminəm ki, hər bir çətinliyin öhdəsindən gələ biləcəyəm. Mənə bəslənən ümidləri növbəti yarışlarda da doğrultmağa çalışacağam”.
Qeyd edək ki, Azərbaycanın digər yunan-Roma güləşçilərindən Rəşad Məmmədov (55 kiloqram) gümüş, Beka Kandelaki (130 kiloqram) bürünc medalın sahibi olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO