Üç güləşçimiz Avropa çempionatında final görüşünə çıxacaq

Üç güləşçimiz Avropa çempionatında final görüşünə çıxacaq

Hazırda oxunan: Üç güləşçimiz Avropa çempionatında final görüşünə çıxacaq

178069

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir. 

Bizim.Media xəbər verir ki, bu gün yunan-Roma güləşində mübarizəyə yekun vurulacaq, qadın güləşçilər yarışa başlayacaqlar.

Doqquzqat Avropa çempionu Mariya Stadnik (50 kq) 1/4 finaldan yarışa qoşulacaq. 35 yaşlı idmançı Emma Lutteno (Fransa) - Milana Dadaşova (AİN) cütünün qalibi ilə üz-üzə gələcək.

Alyona Kolesnik (59 kq) də eyni raunddan mübarizəyə başlayacaq. O, Ramina Mamedova (Latviya) - Katerina Jidaçevska (Rumıniya) cütünün qalibini sınağa çəkəcək.

Yunan-Roma güləşçilərindən isə 4-ü medal qazanmağa çalışacaq. Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Ülvü Qənizadə (72 kq) final görüşünə çıxacaqlar. 

Rafiq Hüseynov (82 kq) isə təsəlliverici görüşdə medal şansları üçün güləşəcək. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO