AFFA İntizam Komitəsinin QƏRARLARI - Bu klublar cərimələndi

AFFA İntizam Komitəsinin QƏRARLARI - Bu klublar cərimələndi

Hazırda oxunan: AFFA İntizam Komitəsinin QƏRARLARI - Bu klublar cərimələndi

178003

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Bizim.Media PFL-in saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan kubokunun 1/4 finalının cavab oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.

Azərbaycan Kubokunda 1/4 finalın “Qarabağ” – “Sabah” oyununun 78-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Riçard Almeyda ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb,

“Qarabağ” 1500 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

Azərbaycan Kubokunda 1/4 finalın “Qəbələ” – “Araz-Naxçıvan” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan” 700 manat cərimə edilib.

Azərbaycan Kubokunda 1/4 finalın “Neftçi” – “Sumqayıt” oyununda meydan sahiblərinin 6 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi” 700 manat cərimə edilib.

"Neftçi” – “Sumqayıt” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt” 700 manat cərimə edilib.

“Neftçi” – “Sumqayıt” oyunu bitdikdən sonra meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” 1500 manat cərimə edilib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO