Daha 5 güləşçimiz Avropa çempionatında mübarizəyə qoşulur

Daha 5 güləşçimiz Avropa çempionatında mübarizəyə qoşulur

Hazırda oxunan: Daha 5 güləşçimiz Avropa çempionatında mübarizəyə qoşulur

177907

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bu gün Azərbaycanın daha 5 güləşçisi mübarizəyə qoşulacaq.

Bizim.Media xəbər verir ki, ikinci yarış günündə Nihat Məmmədli (60 kiloqram) təsnifat mərhələsində bolqarıstanlı Nedyalko Petrovla qarşılaşacaq.

1/8 finalda isə Həsrət Cəfərov (67 kiloqram) serbiyalı Sebastyan Nadı, Ülvü Qənizadə (72 kiloqram) gürcüstanlı Giorgi Çxikvadzeni, Rafiq Hüseynov (82 kiloqram) türkiyəli Alperen Berberi, Murad Əhmədiyev (97 kiloqram) Tiron Sterkenburq (Niderland) / Daniel Qastl (Avstriya) cütünün qalibini sınağa çəkəcək.
Bu gün həmçinin Azərbaycanın dörd güləşçisi medal uğrunda güləşəcək. Rəşad Məmmədov (55 kiloqram) və Murad Məmmədov (63 kiloqram) qızıl, İslam Abbasov (87 kiloqram) və Beka Kandelaki (130 kiloqram) isə bürünc mükafat qazanmaq üçün yarışacaqlar. R. Məmmədov moldovalı Artyom Deleanu, M. Məmmədov isə ukraynalı Aleksandr Qruşinlə qarşılaşacaq. İ. Abbasovla B. Kandelakinin rəqibləri isə hələlik müəyyənləşməyib.

Qeyd edək ki, Azərbaycan qitə çempionatında 25 güləşçi ilə təmsil olunur. Yarışa fevralın 18-də yekun vurulacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO