Gimnastlarımız beynəlxalq turnirdə 10 medal QAZANDI

Gimnastlarımız beynəlxalq turnirdə 10 medal QAZANDI

Hazırda oxunan: Gimnastlarımız beynəlxalq turnirdə 10 medal QAZANDI

177801

Bədii gimnastika üzrə “Ocaq Sport” klubunun üzvləri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Queen Cup” beynəlxalq turnirində 10 medal qazanıblar. 

Bizim.Media xəbər verir ki, onlardan 7-si qızıl, 1-i gümüş, 2-si bürünc mükafat olub.

Neslihan Əkbərli alətsiz, Alsu Abdullayeva həm alətsiz, həm gürzlər, Nilüfər Qasımova həm alətsiz, həm lent, Nuray Məmmədova isə topla hərəkətdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
İnara Abıyeva gürzlərdə birinci, alətsiz hərəkətdə üçüncü yeri tutub. Aylin Yusifli isə gürzlərlə gümüş, topla hərəkətdə bürünc mükafata sahib çıxıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO