«Qarabağ» 450-ci qələbəsini qazandı

«Qarabağ» 450-ci qələbəsini qazandı

Hazırda oxunan: «Qarabağ» 450-ci qələbəsini qazandı

1778

“Qarabağ” Azərbaycan çempionatlarında 450-ci qələbəsini qazanıb.

Bizim.Media-nın məlumatına görə, yubiley Premyer Liqanın VIII turuna təsadüf edib.

“Keşlə”ni 6:1 hesabı ilə məğlub edən Ağdam klubu bunadək 449 dəfə qalib olub.

450-ci uğur 804-cü matça təsadüf edib. Əyalət təmsilçisi evdə 267, səfərdə 180, neytral meydanda 3 dəfə rəqiblərini məğlub edib.

“Azersun Arena”dakı görüş həm də mövsümün iki rekordu ilə əlamətdar olub. Cari çempionatda ən çox qolun vurulduğu matçda həm də ən böyükhesablı nəticə qeydə alınıb.

Qeyd edək ki, “Qarabağ” ölkə çempionatlarında ilk qələbəsini 1992-ci il mayın 6-da Kürdəmir “Şirvan”ı ilə ev oyununda qazanıb – 6:0.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO