Taekvondoçularımız İranda beynəlxalq turnirlərdə iştirak edəcək

Taekvondoçularımız İranda beynəlxalq turnirlərdə iştirak edəcək

Hazırda oxunan: Taekvondoçularımız İranda beynəlxalq turnirlərdə iştirak edəcək

177655

Fevralın 12-15-də İranın paytaxtı Tehranda taekvondo üzrə G1 kateqoriyalı “Fəcr Open”, ayın 16-19-da G2 kateqoriyalı Dünya Taekvondosunun Prezidentinin kuboku keçiriləcək.

Bizim.Media xəbər verir ki, Azərbaycan millisi hər iki yarışda qüvvəsini sınayacaq.

Beynəlxalq turnirlərdə kişilərdən ibarət böyük məşqçi Elnur Amanovun rəhbərliyi altında Səyyad Dadaşov (58 kq), Rahid Vəliyev, Xıdır Məmmədov (hər ikisi 54 kq), Ruslan Seyidov, Malik Abbasov, Yusif Qurbanov, Adil Eyvazov (hamısı 58 kq), Riyad Şirəliyev, Pərviz İskəndərov (hər ikisi 63 kq), Yaşar Məmmədli, Vaqif Hacıyev, Xanlar Xanəhmədov, Vüqar Bağırov (hamısı 68 kq), Ələskər Əliyev, Nicat İsmayılzadə (hər ikisi 74 kq), Eltac Qafarov (80 kq) və Taleh Süleymanov (87 kq) dayanq üzərinə çıxacaq.

Qadınlardan ibarət böyük məşqçi Seulbi Li və məşqçi Zahid Məmmədov isə Tehranda Səlimə Quliyeva (46 kq), Aylin Eynullayeva (49 kq), Nigar Abdullayeva (53 kq), Leyla Bəşirova, Nərgiz Kazımova (hər ikisi 57 kq), Meylin Məmmədzadə (62 kq) və Nərmin Ənsəriyə (67 kq) şans verəcək.
Qeyd edək ki, Tehrana fevralın 10-da yollanan komanda ayın 20-də Bakıya qayıdacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO