Şahruddinli

Şahruddinli "Adana Demirspor" "Kasımpaşa"ya uduzdu

Hazırda oxunan: Şahruddinli "Adana Demirspor" "Kasımpaşa"ya uduzdu

177479

Türkiyə Super Liqasında 25-ci tura start verilib.

Bizim.Media xəbər verir ki, turun ilk oyununda Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi “Adana Dəmirspor” evdə “Kasımpaşa”nı qəbul edib.

Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Şahruddin də bu oyunda iştirak edib. Qolkiper start heyətdə meydana çıxıb və sonadək oynayıb. 
Hazırda turnir cədvəlində "Kasımpaşa" 38 xalla 4-cü, "Adana Demirspor" isə 31 xalla 9-cudur. 

Türkiyə Superliqası, 25-ci tur

9 fevral

"Adana Dəmirspor" – "Kasımpaşa" - 1:3

Qollar: Balotelli, 87 – Fall, 29, A.Kara, 32, Hayradinoviç, 57-pen.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO